КАК ПОДАТЬ ЗАЯВКУ В АМЕРИКАНСКИЙ УНИВЕРСИТЕТ | AMERIKA UNIVERSITETINE ERIZE NECE VERMEK

КАК ПОДАТЬ ЗАЯВКУ В АМЕРИКАНСКИЙ УНИВЕРСИТЕТ | AMERIKA UNIVERSITETINE ERIZE NECE VERMEK

August 15, 2019 7 By Stanley Isaacs


Uşaqlar, salam! Bu günlərdən birində bir şərh aldım, harada yazıblar ki xaricdə və məhz ABŞ-da pulsuz təhsil almaq üçün çoxlu ümumiləşdirmiş informasiya var. Və heç yerdə konkret bir instruksiya yoxdur ki harada hansısa bir application doldurub, universitetə qəbul olasan. Buna böyük bir mesaj ilə cavab verməli oldum. Yazdım ki özünüzdən başqa sizə heç kim bu `step-by-step guide` kimi göstərə bilməyəcək, çünki hər şey məhz sizə hansı universitet daha uyğun olduğundan və siz hara ərizə vermək istədiyinizdən aslıdır. Və hər universitetin əlbəttə ki öz ayrı ərizəsi var. Amma fikirləşdim bu videonu edim ki göstərim öz universitetinizi necə `research` etməlisiz və ərizə vermək üçün `link` necə tapmalısız. Bilmirəm bu nə dərəcədə faydalı video olacaq, amma ümid edirəm ki xoşunuza gələcək. Deməli univesitet axtaraşına başlayaq. Bu prosesə başlamaq üçün bir neçə yol var. Şəxslə, mən özüm reytinqlərə baxmaqla başlamışdım. Dost- tanışlarınızdan eşitdiyiniz universitetlərdən də başlamaq olar, ya da mənim kimi reytinqlərdən. Amerikada pulsuz təhsil barədə ikinci videomun altında yaxşı bir `link` var (bu videonun altında da var) harada Amerikanın ən yaxşı universitetlərin reytinqi göstərilir. Bu sayt us news ranking adlanır. Sizlərə burada 312 uni təqdim olunub. Bütün 312 unilərin saytlarına girib baxmaq üçün çox vaxt ayıracaq, buna görə daha praktik olmağa tövsiyə edirəm. Birincisi, ancaq birinci 100 unilərin arasında seçməyə tövsiyə edirəm, çünki məqsədiniz ABŞ-da diplomu alandan sonra buarda qalıb işləməkdirsə, sizə prestijli universitetdən diplom lazımıdır, hansı ilə siz iş tapa biləcəksiz və sonra iş vizası və ya rezidentlik ala biləcəksiz. Buna görə ancaq top-100 unilərə baxın. Birinci 10-15 uniyə ərizə verə bilərsiz, lakin daha taktiki olun. Orada hər bir yer üçün çox böyük konkurensiya gedir, nəyinki xarici tələbələr arasında, həm də amerikalılar arasındada, buna görə əgər sizdə imtahanlarda çox yüksək nəticələriniz varsa, yüksək deyəndə top 5% nəzərdə tuturam, və universitetdə sizdə yaxşı ortalama balı olubsa, yaxşı deyəndə 90-dan yuxarı, onda bu unilərə ərizə verib cəhd edə bilərsiz. Daha realistik olmaq üçün isə orta unilərdən başlayın. Məslən, əgər siz Bakıda oxuyub maliyyə üzrə bakalavr diplomunu almısızsa və təhsilinizi magistraturada həmin ixtisas üzrə davam etdirmək istəyirsizsə – master of finance. Siz ya ABŞ-da maliyyə üzrə uni reytinqlərə baxa bilərsiz və ya həmin ümumi reytinq üzrə də baxa bilərsiz. Top master of finance programs in USA. Və unilərin siyahısı çıxacaq. Yenə də us news çıxır, bu ən etibarlı mənbələrdən biridir. Və gördüyünüz kimi University of Pennsylvania, Chicago, NYU çıxır. Məsələn, sizdə orta ortalama balı və orta imtahan nəticələriniz var, bir az aşağı düşüb nə sə orta bir seçim edim. Bu arada Carnegie Mellon çox yaşı universitetdir. Gəlin mən bilmədiyim birini seçək. Məsələn, University of Rochester, reytinqdə nömrə 33-dür, bu çox yaxşıdır. Gedirik sevimli google-a və axtarırıq University of Rochester master of finance, ehtiyatlı olun, reklamlara klik etməyin, öz universitetin birinci çıxan veb saytı, bunlarda University of Rochester Simon Business School MS in Finance adlanır. Ən çətin olanı odur ki unilər barədə informasiyanı yığanda, hər uninin saytı ayrı cür qurulub. Amma ümumilikdə nədəsə eynidilər, veb sayta qoyulan informasiyanı necə qruplaşdırdırmaqdan baxanda. Məsələn həmişə ümumi proqram barədə bir səhifə olur, həmişə cost of attendance və ya buna uyğun bir şey olur, yəni universitetdə təhsil haqqı nə qədərdir. Sonra həmişə `financial aid` və ya `scholarships` düyməsi olur, harada hansı təqaüdlər verilməsi barədə baxa bilərsiz. Və mütləq `application requirements` və ya buna oxşar bir şey olacaq, harada `application` üçün dəqiq hansı sənədlər lazım olduğu göstəriləcək və əlbəttə ki ərizəyə `link` veriləcək. Baxaq burada nələr var. `Program details`, bu proqram STEM proqramıdır. Nəyə görə STEM olan proqramlara ərizə vermək çalışmaq lazımdır, çünki bunları qurtarandan sonra sizdə rəsmi ABŞ-da iş üçün 3 il icazə var (adi proqramların 1 ilindən fərqli olaraq). Bu 3 il ərzində siz işəgötürıninizlə yaxşı əlaqə qura bilərsiz, hansılarki bir çox halda sizi viza və ya rezidentlik üçün sponsor etməyə razılaşırlar. Beləliklə, davam edək, burada bir çox link var, amma yadınızdan çıxmamalıdır ki əsas məqsədiniz konkret informasiya yığmaqdır, məhz, proqram barədə oxuduğunuzdan sonra və orada sizi hər şey qane etdiyini əmin edəndən sonra çalışın bu proqrama ərizə vermək üçün nə tələb olduğunu tapın. Burada məsələn yaxşı bir düymə var, `apply now`, və `application process` qarşınıza çıxır. Adətən `admissions` hissənin altında uni saytlarında deadline siyahısını tapa bilərsiz. Bu çox popular bir timeline-dır, yəni əgər gələn sentyabr ayında Amerika universitetlərindən birində oxumaq istəyirsizsə, ərizəsinizi bir il əvvəl verməlisiz. Sonra `applications process və checklist`. `checklist`-də adətən konkret sənədlər siyahısı çıxır, hansılar ki qəbul üçün lazımdır. Məhz burada online application form, yəni online ərizə çıxır, sonra resume, essay, transkriptləriniz və ya diplomunuz universitetinizi artıq bitirmisizsə, GMAT və ya GRE imtahan nəticələri, hansılar barədə bundan əvvəlki videoda danışmışdım, hansılar ki ABŞ-da yaxşı uniyə qəbul olmaq üçün mütləqdir. Reference letters və ya recommendations yəni tövsiyə məktubları, və 90$ `application fee` yəni balaca bir ödəmədir ki ərizəniz komisiya tərəfindən baxılsın. Amma belə bir maraqlı məqam da var ki, əgər siz bilirsiz ki sizin GMAT göstəriciniz çox yüksəkdirsə, uni ilə əlaqəyə çıxa bilərsiz və sizin `application fee` `waive` olunacaq, yəni onu ödəməli olmayacaqsız və ərizəniz pulsuz baxılacaq. Bu çox nadır hallarda olur, balınız çox yüksəkdirsə. Bundan əlavə, `international applicants` yəni bizlər xarici tələbələr üçün TOEFL və ya IELTS tələb olunur. Belə sənədlərdən adətən ABŞ-da magistratura üçün ərizə ibarətdir. Əgər bu bakalavr proqramı üçün olsaydı, GMAT / GRE əvəzində SAT olacaqdı, resume əlbəttə ki lazım olamayacaqdı, çünki məktəbdə heç bir iş təcrübəsi olmur və unidən transkript əvəzinə məktəbinizdən arayış və qiymətləriniz lazım olacaqdır. Bundan əlavə `class profile` və ya `average class profile` adlı düyməni tapmağa çox faydalıdır, harada siz görə biləcəksiz ortalamada keçən il bunlar nə kimi tələbələri götürüblər. Burada məsələn, `average age 22` yəni ortalamada bu proqramın tələbələrin 22 yaşı var. 50% kişi və 50% qadınlardan ibarətdir. Amma mən dediyim faydalı hissə burada`academic background`-dur. Burada ortalamda qəbul olunmuş tələbələrin imtahan nəticələri göstərilir. Sizin nəticələriniz bunlardan daha yüksəkdirsə bu o deməkdir ki sizin təqaüd almaq üçün böyük şansınız var. Məsələn burada yazılıb ki average TOEFL 106-dır, bu o deməkdir ki çalışmalısız bu göstəricidən daha yüksək alasız əgər məqsədiniz təqaüd almaqdırsa. GMAT yazılıb ki middle 80% 630 və 740 arasıdır, o deməkdir ki çalışmalısız minimum 700 yığasız ki top ərizəçilərdən olasız ki sizin ərizəniz təqaüd üçün də baxılsın. GPA üçün də eyni şeydir, burada 3.1 və 3.9 arasıdır, bunlarda 4-ballı sistemdir bizdə isə 100-ballı. Onlayn çoxlu kalkulyatorlar var ki bunları təhmini konvertasiya edə bilərsiz. Bu `class profile`-a baxıb universiteti seçmək GMAT, GRE, ya TOEFL ya SAT kimi imtahanlarınızı verməkdən əvvəl faydalıdır, çünki onda siz təxmini bilirsiz ki məqsədim bu qədər bal yığmaqdır. Bir dənə də tövsiyə odur ki uni ilə əlqəyə çıxmaq da faydalı ola bilər, çünki özünüz fikirləşin onlar çoxlu ərizəyə baxırlar və siz istyirsiz ki `stand out` olasız yəni kütlədən ayrı olasız. Fikirləşmirəm ki onlara dayanmadan email yazmalısız, sadəcə proqram barədə informasiyanı yaxşıca öyrənin, maraqlanın bəlkə sizdə proqram barədə hansısa sual yaranacaq, hansının ki cavabı saytda yoxdur. Bu halda onlara yaza bilərsiz və özünüzü təqdim edib sualınızı verə bilərsiz. Burada çox dəqiq/səliqəli olmaq lazımdır çünki siz pis birinci təəssürat yaratmaq istəmirsiz, buna görə birincisi sualınzın cavabı saytda olmadığını əmin edin. Bundan əlavə bunlarda FAQ adlanan səhifələr də olur, harada tez-tez verilən sualların cavabları yerləşdirilir. Buna görə belə deyim `make sure` yəni əmin edin ki sualınızın cavabı bu səhifədə yoxdur. Bundan əlavə unini seçəndə, çox vacib olan `location`-dir, yəni uninin yeri. Siz orada bir-iki il yaşayıb oxuyacaqsız, bakalavr üçün gedirsizsə 4 ildir. Çalışın elə yer seçin ki xoşunuza gəlsin. Mən məsələn Nyu Yorku seçdim və bu barədə heç də təəssüf etmirəm. Ərizələrinizi bir neçə universitetə verəndən sonra, və onlardan bir neçə ay ya həftə keçəndən cavab alandan sonra, nəyinki negativ cavab aldığınız uğursuzluqlar barədə üzülməmək vacibdir, həm də qəbul cavabı verən universitetlər arasından da düzgün seçim etmək vacibdir. Bu barədə Leyla-nın çox faydalı video-su var, hansınaki linki videonun təsvirində qoyacam. Onun kanalına da keçib baxa bilərsiz, onun da çoxlu faydalı videosu var. Bu günə olan bu qədər, əgər sizin hər hansı xaricdə təhsil və ya ümümiyyətlə xaricdə yaşamaq barədər sualınız varsa şərhlər bölməsində verin. Hər kəsə uğurlar! Heləlik! Bir çoxların rəylərini nəzərə alaraq, rus ya azərbaycan dilində videoları davam etdirməyim barədə çox fikirləşdim, və qərara gəldim ki bundan sonra videolar ingilis dilində olacaq. Beləliklə siz nəyinki sizi maraqlandıran informasiyanı alacaqsız, həm də sizə lazım olacaq ingilis dilini eşidib oxumağı məşq edəcəksiz. Helə də inanmıram ki indicə necə google etmək barədə video yazdım.